Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xıl kəndinin sakinləri Ü.Ağayev və F.Fərzəliyev saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsin üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan başqa Ü.Ağayev və F.Fərzəliyevin yaşadıqları ünvanlara keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.