Masallıda kəndi su basdı, sakinlər təxliyə olunur

Yağıntılı hava şəraiti ilə əlaqədar Masallı rayonunun Təzə
Alvadı kəndində Alvadı çayının daşması səbəbindən kənd suyun
altında qalıb.

Bunu Trend
Masallı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Fəxrəddin
Məmmədov deyib.

Onun sözlərinə görə, 9 ailə qayıqlarla təhlükəli ərazidən
təxliyə olunub. Təxliyə olunanlar öz yaxınlarının evlərində
yerləşdiriliblər.

“Çay kəndin içərisindən keçir. Buna görə də çayın ətrafında nə
qədər ev varsa, hamısına ziyan dəyib. Evlərin eləsi var ki, yarım
metr, eləsi var, bir metr suyun altında qalıb. İnsanları qayıqlarla
evlərdən çıxarırlar”, – o qeyd edib.

F.Məmmədov bildirib ki, kəndə nə qədər ziyanın dəydiyi məlum
deyil: “Hələ ki, kəndə nə qədər ziyan dəydiyi barədə dəqiq bir söz
demək çətindir. Komissiya olacaq, araşdırılıb kimə nə qədər ziyan
dəydiyi müəyyənləşdiriləcək. Kənddə bir tövlədə 100 başa yaxın
qoyun tələf olub. Bundan başqa, çoxlu sayda toyuq-cücə tələf olub,
əkin sahələri suyun altında qalıb.

Teqlər: