Masallıda ictimai qaydanı pozan sürücülər həbs olundu

Masallıda ictimai qaydanı pozan sürücülər həbs olundu

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Masallı rayon sakini T.Talıbov və Bakı şəhər sakini Ə.Əlizadənin dəfələrlə xəbərdarlıq edilməsinə və barələrində qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq, özlərinə məxsus avtomobillərə qanunsuz olaraq əlavə avadanlıq quraşdırmaqla və kobud konstruksiya dəyişikliyi etməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları, ictimai qaydanı pozan hərəkətlərə yol verdikləri aşkarlanıb.

Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs səkkiz gün müddətində inzibati qaydada həbs olunub. Bu kimi nəzarət-profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.

Teqlər: