Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara
alkoqollu və energetik içkilərin və tütün məmulatlarının satışının
qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər
keçirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində
rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına
çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları
barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən
(Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya
tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına
görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar.