Hazırda Təzə Alvadı kəndində vəziyyət yaxşıdır. Alvadı çayı öz
məcrasına qayıdıb.
Bunu Trend-ə Masallı Rayon İcra Hakimiyyətinin Təzə
Alvadı kəndi üzrə ərazi nümayəndəsi Fəxrəddin Məmmədov deyib.
Onun sözlərinə görə, Təzə Alvadı, Meşəkənarı, Əhmədli
kəndlərindən ümumilikdə Alvadı çayının daşması səbəbindən FHN-in
qüvvələri tərəfindən 23 ailə qayıqlarla təhlükəli ərazidən təxliyə
olunub.
“Kəndə nə qədər ziyanın dəydiyi dəqiq məlum deyil. Komissiya
araşdırdıqdan sonra kimə nə qədər ziyan dəydiyi
müəyyənləşdiriləcək. Kənddə 120 hektar kartof sahəsi suyun
altındadır. Bundan başqa, bir tövlədə 93 başa yaxın qoyun, çoxlu
sayda toyuq-cücə tələf olub, əkin sahələri suyun altında qalıb”, –
deyə o qeyd edib.