Masallıda 1 nəfər özünü su quyusuna atıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

AzerTimes-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.


Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: