Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb.
AzerTimes Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs edildiyi bildirilir.
Hadisənin təfərrüatı açıqlanmır.