Masallı və Cəlilabadda su basmış ərazilərdən vətəndaşlar belə xilas edildi

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi
fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin
(FHN) müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən
gecə və səhər saatlarında davam etdirilib.

FHN-d’n Trend-ə verilən məlumata görə, Masallı
rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə
şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd
kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata
keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad
rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı
havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq
kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki
vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas
ediliblər.

Teqlər: