Masallı və Cəlilabadda su basmış ərazilərdən 146 nəfər təxliyə olunub (VİDEO)

Məlumat verildiyi kimi, bu gün gecə saatlarından başlayaraq
respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar
çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və
daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir
sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və
əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz
qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata
görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün
dərhal əraziyə cəlb olunmuş FHN-in qüvvələri tərəfindən su basmış
ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsi davam etdirilir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində
Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah
kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili,
Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə
146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış ərazilərdə suçəkmə və təxliyə tədbirləri davam
etdirilir.

Teqlər: