Masallı evlərini soyan saxlanıldı

Masallı evlərini soyan saxlanıldı

Oğurluqda şübhəli bilinən Masallı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Nəzir Məmmədov tutulub.

Onun əvvəllər də məhkum olunduğu bildirilir.