Xəbər - Elnur Bağışov – Trend:
Bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında
birbaşa uçuşlar bərpa ediləcək.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli
Əlizadə “Twitter” səhifəsində paylaşıb.
“Mart ayının əvvəlindən Azərbaycan və İran əlaqələrində növbəti
xoş addım atılacaq”, – səfir deyib.
Qeyd edək ki, ötən gün Azərbaycan Baş naziri Əli Əsədov “Xüsusi
karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin
aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik
edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, hava nəqliyyatı vasitəsilə 17 ölkənin
vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə
vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasına giriş-çıxışına icazə veriləcək.