Martın 7-də atmosfer havasının keyfiyyəti necə olub?

Martın 7-də atmosfer havasının keyfiyyəti necə olub?

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

AzerTimes Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsinə istinadla xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.6, Gəncə şəhərində isə azot-4 oksidin miqdarının 1.1 dəfə normadan yüksək olduğu müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərdir.

Teqlər: