Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər
texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı
xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb
olub.
SOCAR “Azəriqaz” İstehsalat Birliyindən AzerTimes-a bildirilib ki,
normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin
əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın
nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər
görürlər.
“Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə
təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri
həyata keçiriləcək. Bununla əlaqədar olaraq istehlakçılara təbii
qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik
qaydalarına ciddi riayət etmək tövsiyə edilir.
Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ
iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa
olunacaqdır.