Qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək
davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, bu gün saat
11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava
şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda
qar yağıb, qar örtüyü əmələ gəlib.
Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 80 sm, Xaltanda 47 sm,
Altıağacda 46 sm, Şahdağda 39 sm, Kişçay (Şəki) 32 sm, Şəki,
Lerikdə 20 sm, Şamaxıda 18 sm, Qrızda 17 sm, Daşkəsəndə 15 sm,
İsmayıllıda 11 sm, Göygöl, Quba, Qusar, Ağdərədə (Ordubad) 10 sm,
Yardımlıda 5 sm olub.
Düşən yağıntının miqdarı: Göytəpədə 27.0 mm (aylıq normanın 46
%-i), Xaltanda 17.0 mm (aylıq normanın 41 %-i), Qax, Tərtərdə 15.0
mm, Kürdəmirdə 14.0 mm (aylıq normanın 41 %-i), Sarıbaşda (Qax)
13.0 mm, Astara, Kişçay (Şəki), Göyçay, Ağdamda 11.0 mm, Yardımlı,
Şabran, Lerik, Altıağac, Quba, Oğuz, Qəbələdə 10.0 mm, Lənkəranda
9.0 mm, Bərdə, Naftalanda 8.0 mm, Qusar, Ağsu, Beyləqan, İmişli,
Şəkidə 7.0 mm, Cəfərxan, Biləsuvar, Yevlaxda 6.0 mm, Qrız, Balakən,
Sabirabad, Ağdərədə (Ordubad) 5.0 mm, Şamaxı, Zərdab, Qobustan,
Şəmkirdə 4.0 mm, Şahdağ, Tovuzda 3.0 mm, Ağstafa, Gəncə, Göygöl,
İsmayıllı, Ceyrançöldə 2.0 mm, Salyan, Hacıqabul, Neftçala,
Daşkəsən, Gədəbəy, Ələt, Sədərəkdə 1.0 mm, Bakıda və Abşeron
yarımadasında: Maştağada 9.0 mm (aylıq normanın 34 %-i), Bakıda 8.0
mm (aylıq normanın 34 %-i), Binədə 6.0 mm, Sumqayıtda 3.0 mm,
Pirallahı, Çilov adasında1.0 mm-dək olub.
Külək: Qərb küləyi Gəncə, Tovuzda 24 m/s, Neftçala, Hacıqabul,
Şəki, Ceyrançöldə 20 m/s, Culfa, Göyçayda 19 m/s, Şahbuz, Salyanda
18 m/s, Sabirabad, Ağdərədə (Ordubad) 17 m/s, Şirvan, Naxçıvanda 16
m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 16 m/s-dək
güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü
2.5 metrə çatıb.
Havanın temperaturu: martın 18-də Bakıda iqlim normasından 4.0°
aşağı olub, minimalı temperatur Bakıda və Abşeron yarımadasında
3°-dək isti, Naxçıvan MR-da 10°-dək şaxta, dağlıq rayonlarda 8°-dək
şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, aran rayonlarında
6°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə
yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.