Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində-Masallı və
Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi,
dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir
qədər mülayimləşəcəyi gözlənilir.
Bunu AzerTimes-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra
Tağıyeva bildirib.
Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar
bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.