Martın 19-u iş günü olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərini
açıqlayıb.

Trend xəbər
verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və
Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına
əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz
bayramıdır.

Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə
əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart
qeyri-iş günü olacaq.

Beləliklə, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf
etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22,
23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Twitter:@FaridZohrabov

Teqlər: