Martda Bakı-Sumqayıt yolunun təmiri tam başa çatacaq – Saleh Məmmədov

Xəbər - Samir Əli – Trend:

Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.


O bildirib ki, bu gün artıq “20 Yanvar” dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb: “Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər yekunlaşacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək”.

Teqlər: