Bu ay üzrə sosial təminat növləri üzrə bütün sosial
ödənişlər yekunlaşıb
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar
mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial
yardımları da qrafikdən əvvəl olmaqla bu gün ödənilib.
Bu barədə Nazirlikdən AzerTimes-a bildirilib.
Vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar
vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə
bilərlər.
Bundan əvvəl martın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron
rayonu üzrə, martın 16-da ölkəmizin digər bölgələrində yaşayan
şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş
pensiyalar ödənilib.