Son 2 gündə ölkə üzrə təbii qaza olan təlabatda artım müşahidə olunmaqdadır. Bu təlabata uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bu barədə Birliyin baş direktoru Ruslan Əliyev öz “facebook” sosial şəbəkə ünvanında paylaşım edib.
R.Əliyev daha sonra yazır: “Təkcə 13 mart tarixində əhali xətlərinə ötən ilin eyni dövrü ilə müqaisədə 16 milyon kubmetrə yaxın artıq qaz qəbul olunub. Ötən il 13 mart tarixində əhali xətləri üzrə qaz qəbulu 18,6 milyon kubmetr təşkil edib. 2021-ci ilin 13 mart tarixində isə bu rəqəm artıq 34 milyon kubmetrdir. Arxada qoyduğumuz 13 günlük göstəricilər isə daha böyük rəqəmləri əks etdirir. Təsəvvür edin, ötən illə müqaisədə mart ayının 13 günü ərzində əhai xətləri üzrə 100 milyon kubmetr artıq qaz qəbulu aparılıb. Belə ki, 2020-ci ilin mart ayının 13 günündə bu göstərici təqribən 293,3 milyon kubmetr, bu il isə təqribən 393,2 milyon kubmetr təşkil edir. Deməli, mart ayı yaz fəsli sayılsa da, reallıqda 2021-ci ildə qış ayı kimi müşahidə edilməkdədir. Təlabatın qarşılanması üçün digər müvafiq strukturlarla daim təmasdayıq. Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər Sizi narahat edəcək məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayın, 077 3 104 104 saylı whatsapp nömrəsinə mesaj göndərin və yaxud facebook sosial şəbəkəsi üzərindən mənim özümə yazın”.