Xəbər - Samir Əli – Trend:
Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.
O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır:
“Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırəq vermişdi ki, Kəlbcərə gedən yolla bağlı işlərə başlayaq.
Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığıa əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq”.