Mart ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyi,
temperaturun tədricən yüksələcəyi gözlənilir. Birinci ongünlüyün
ortalarında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı,
şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən
Trend-ə verilən məlumata görə, mart ayında havanın orta aylıq
temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal
olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti ,
gündüzlər 10-15 dərəcə isti , bəzi günlərdə 18-23 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,
bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir. (norma 20-27 mm)
.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq
temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti,
bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi
günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44
mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq
temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti,
bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə
şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın
olacağı gözlənilir (norma 42-52 mm) .
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə
şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14 dərəcə isti, bəzi
günlərdə 17-22 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48
mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın
temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta,
yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə
isti, bəzi günlərdə 17-20 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər
çox olacağı gözlənilir (norma 23-90 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq
temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr havanın temperaturu gecə 5-10 dərəcə
isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,
bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 24-45
mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın
orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə
isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 16-20 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın
olacağı gözlənilir (norma 56-112 mm).