“Fluminense”nin futbolçusu Marselo Libertadores Kubokunun 1/8 final matçında “Argentinos Juniors”un oyunçusu Lusiano Sançesə ağır xəsarət yetirib.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məlumata görə, Marselo rəqibinin ayağını sındırdıqdan sonra göz yaşları içində meydanı tərk edib.
Oyundan sonra Marselo sosial mediada yazıb:
“Bu gün meydanda çox çətin bir an yaşamalı oldum. Həmkarımı istəmədən yaraladım. Tezliklə sağalmağınızı arzulayıram, Lusiano Sançes. Dünyadakı bütün gücü sənə göndərirəm!”