“Marsel” Qattuzonu istefaya göndərdi

“Marsel” Qattuzonu istefaya göndərdi

“Marsel”in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

F.Romano bildirib ki, bu gün sözügedən klub italiyalı mütəxəssisin işindən uzaqlaşdırılması ilə bağlı onu məlumatlandırıb.

Qeyd edək ki, Cennaro Qattuzo ötən ilin sentyabrında Liqa 1 təmsilçisinə baş məşqçi təyin edilmişdi. Komanda hazırda Fransa çempionatında 30 xalla 9-cu pillədədir.

Teqlər: