Çin, Kanada və Almaniyadan olan beynəlxalq alimlər qrupu Zhurong
roverindən istifadə edərək Marsda su və küləyin mövcudluğuna dair
yeni sübutlar tapıblar.
Trend xəbər verir ki, roverin kameralarından alınan görüntülər
düzənliyin roverin keçdiyi hissənin kifayət qədər düz olduğunu
göstərib. Ərazidə aparılan torpaq analizin nəticəsində planetin
digər yerlərində olduğu kimi eyni göstəricilər aşkarlanıb.
Bununla belə, ortaya çıxan görüntülərdə küləyin təsirindən əmələ
gəldiyi ehtimal edilən qayaların üzərində kiçik kəsikli xətlər
görünüb. Bəzi daş parçalarının üzərində isə su eroziyasının izləri
aşkar olunub.
Zhurong aparatı Marsa 2021-ci ilin mayında çatıb. Həmin vaxtdan
o, planetin şimal yarımkürəsindəki Utopiya düzənliyi bölgəsində 60
Mars günündə 450 metr məsafə qət etməyi bacarıb.