“Marriott International” Rusiyadakı fəaliyyətini dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
“İndi biz hesab edirik ki, ABŞ, Böyük Britaniya və AB tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər “Marriott” və ya otel franşizasının Rusiya bazarında fəaliyyətini davam etdirməsini qeyri-mümkün edəcək. Buna görə də biz Rusiyadakı bütün “Marriott İnternational” əməliyyatlarını dayandırmaq qərarına gəldik”, – məlumatda qeyd olunub.