“Marqara” məntəqəsində bərpa işləri başa çatdı

“Marqara” məntəqəsində bərpa işləri başa çatdı

Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsində tikinti və bərpa işləri başa çatdırılıb.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan deyib.

“Gömrük-texniki imkanlar, pasport nəzarəti, eləcə də sərhəd xidməti nöqteyi-nəzərindən sərnişinlərə lazımi şəkildə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, – o bildirib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildən, İrəvanın Qarabağa təcavüzündən sonra bağlanıb.

Teqlər: