Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinin tikintisi gələn həftə başa çatdırıla bilər.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
“Məntəqə demək olar ki, hazırdır. Tikinti müqaviləsində müəyyən edilmiş konkret müddətlər var. Amma gələn həftə o, çox güman ki, hazır olacaq. Demək olar ki, bütün işlər görülüb. Rəsmi orqanlar işin keyfiyyətinə nəzarət edir. Biz vergi ödəyicilərinin hər qəpiyini qoruyuruq və heç bir sui-istifadəyə yol verməyəcəyik”, – Badasyan bildirib.
Badasyan Ermənistan-Türkiyə sərhədinin açılma vaxtı ilə bağlı məsələlərə münasibət bildirməyib və deyib ki, bu, onun səlahiyyətinə aid deyil.