“Marqara” keçid məntəqəsi gələn ay açılır?

“Marqara” keçid məntəqəsi gələn ay açılır?

Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya son səfəri zamanı Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

“Əsas müzakirə mövzusu Ermənistan-Türkiyə sərhədi, xüsusən də iyulun ikinci yarısında “Marqara” keçid məntəqəsinin açılmasının mümkünlüyü olub. Türkiyə Prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Paşinyan bir sıra ictimaiyyətə açıqlanmayan görüşlər də keçirib”, – məlumatda deyilir.

Teqlər: