Marneulidə binanın eyvanı uçdu: ölən var

Marneulidə binanın eyvanı uçdu: ölən var

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.

AzerTimes xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

Hadisə zamanı 40 yaşlı qadın ölüb, iki nəfər isə xəsarət alıb. Yaralananlardan biri hamilə qadındır. Onlar xəstəxanaya çatdırılıb.

Yaralananlardan digəri 8 yaşlı uşaqdır. Çoxsaylı sınıqları olduğundan uşağın Tiflisdəki klinikalardan birinə köçürülməsinə qərar verilib.

Əraziyə polis və xilasedicilər cəlb olunub.

Teqlər: