Markovla bağlı araşdırma aparılacaq

Markovla bağlı araşdırma aparılacaq

Rusiya hüquq-mühafizə orqanları politoloq Sergey Markovla bağlı araşdırma aparacaqlar. Markovun ordunu gözdən salması barədə ölkə vətəndaşı şikayət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, Çelyabinsk vilayətinin Zlatoust sakini polisə ifadə verib. O hesab edir ki, Markovun kanalında Rusiya ordusunu gözdən salan materiallar var.

Qeyd olunur ki, politoloq hökumətyönlü mövqedən çıxış edir, lakin bəzi istifadəçilər hesab edir ki, o, nəşrlərində Rusiyadakı vəziyyətlə bağlı ironiya ilə danışır.

Teqlər: