Markovdan şok: ABŞ İstanbuldakı teraktı buna görə törətdi

Markovdan şok: ABŞ İstanbuldakı teraktı buna görə törətdi

Çox güman ki, İstanbuldakı terror aktının arxasında məhz ABŞ dayanır. Əsas məqsəd isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır.

AzerTimes xəbər verir ki, bu fikirlərlə tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov çıxış edib.

“2023-cı ilin iyun ayında Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ölkə Ərdoğanın tərəfdaşları ilə qərbyönümlü kürdlər arasında ciddi şəkildə yarıya bölünüb. Kürdlərin səsləri isə bu seçkilərdə həlledici rol oynaya bilər. ABŞ isə terror aktları ilə Ankaranı kürdlərə qarşı müharibəyə başlamağa təhrik etmək və bununla da bütün kürdləri Ərdoğanın düşməni etmək istəyir. Sözsüz ki, belə hal baş versə, kürdlər Ərdoğana sözsüz ki, səs verməyəcək. Həmçinin ABŞ onu göstərmək istəyir ki, guya Ərdoğan ölkədə təhlükəsizliyi təmin edə bilmir”, – Markov bildirib.

Teqlər: