Markov: Zelenski və Bayden “Putinə şillə” hazırlayıb

Markov: Zelenski və Bayden “Putinə şillə” hazırlayıb

Dnestryanı bu gün və ya sabah Ukrayna-Rumıniya ordusu tərəfindən ələ keçirilə bilər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Bu, ABŞ və Ukrayna prezidentlərinin planına əsasən, hərbi əməliyyatın ildönümündə “Putinin üzünə şillə” cavabı olacaq. Dnestryanı ərazilərin zəbti Baydenin Şərqi Avropaya səfərinin qələbə nöqtəsi ola bilər. Biz isə heç nəyə qarşı çıxa bilməyəcəyik, artıq bütün qoşunlarımız döyüş əməliyyatına cəlb olunub. Bu, sözün əsl mənasında bu gün və ya sabah baş verə bilər”, – o bildirib.

Markov qeyd edib ki, söhbət ilk növbədə Ukrayna ordusunun ehtiyacı olan sursat və silahların yerləşdiyi Kolbasna kəndindəki arsenalların ələ keçirilməsindən gedir.

Teqlər: