Şoyqunun kritik günlərdə informasiya məkanından itməsi faktına əsasən, müdafiə nazirinin dəyişdirilə biləcəyi ehtimalı yüksəkdir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Şoyqu niyə də Fövqəladə Hallar Nazirliyinin rəhbəri olmasın? Axı o, uzun illər dünyanın ən yaxşı fövqəladə hallar naziri olub. Yəqin ki, indi Fövqəladə Hallar Nazirliyinə qayıtmaqdan məmnun olardı”, – o bildirib.