30 il ərzində mədəniyyət və media üçün dövlət qrantlarının əksəriyyətini alanlar Rusiyanı kütləvi şəkildə tərk edirlər. Onların “Rusiya nə qədər pis, Avropa nə qədər yaxşıdır”, “rus xalqı nə qədər qorxuncdur” deməsi Rusiya üçün böyük bir nemətdir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov deyib.
“Bu mədəni böcəklər ordusu getdikdən sonra Rusiya mədəniyyəti dirçəliş üçün böyük şans əldə edib. Bütün bu illər ərzində bu qrantları onlara verənləri hakimiyyətdən “silkələmək” lazımdır. Başa düşürəm ki, “mədəni böcəklər” termini ideal deyil, amma onları ifadə etmək üçün daha dəqiq söz tapa bilmədim”, – o bildirib.
Qeyd edək ki, SSRİ xalq artisti Alla Puqaçova Rusiyanı tərk edərək, İsrailə köçüb. Onun İsrail vətəndaşlığı aldığı da bildirilir.