Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ixtilaf Ermənistanın baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında Parisdə keçirilən görüş zamanı əldə olunan razılaşma üzrə baş verib.
AzerTimes xəbər verir ki, bu fikirləri politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
Politoloq qeyd edib ki, Ermənistan KTMT üzvlərini Azərbaycanla münaqişədə ona kömək etməyə çağırıb.
S.Markov deyib:
“KTMT üzvləri isə Ermənistana kömək etməyə hazırdırlar, lakin Azərbaycan ilə münaqişə olmadan. Paşinyan tələb edir ki, KTMT Azərbaycanın Ermənistan ərazisinə zorla girməsini etiraf etsin. KTMT üzvləri isə hesab edirlər ki, bu, zorla girmə deyil, mikromünaqişədir, bunun səbəbi də indiyədək sərhədlərin demarkasiya və delimitasiyasının keçirilməməsidir”.
S.Markovun fikrincə, Ermənistanın baş naziri N.Paşinyan Qərbin Rusiya ilə münaqişəsi şəraitində Ermənistanı və KTMT-nin digər üzvlərini Qərbin, ilk növbədə, Fransanın müttəfiqinə çevirmək istəyir.