Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan ordusunun hava hücumundan müdafiəsinə, rabitə qovşaqlarına və komanda məntəqələrinə zərbə endirir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bundan sonra hava üstünlüyü əldə ediləcək. Daha sonra aviasiya hərbi qruplara və möhkəmləndirilmiş ərazilərə zərbələr endirəcək. O zaman Azərbaycan Ordusu sürətlə ərazilərə nəzarət etməyə başlayacaq.
Hər şey ciddi şəkildə elmə uyğundur. Hər şey bir neçə günə bitəcək”, – o bildirib.