PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını “Fənərbaxça”da davam etdirəcək.
AzerTimes xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, artıq sövdələşmə başa çatıb və söhbət icarədən yox, təfərrüatı açıqlanmayan tamhüquqlu transferdən gedir.
Qeyd edək ki, ötən mövsüm 28 yaşlı futbolçu PSJ-nin heyətində Liqa 1-də 19 oyunda iştirak edib və 4 qol vurub.