Bu il də supermarketlərdə Yeni illə bağlı endirim kampaniyaları davam edir. Market şəbəkələri bayram kampaniyaları ilə yanaşı, xüsusi seçilən məhsullara da endirimlər tətbiq edir.
AzerTimes xəbər verir ki, respublika ərazisində fəaliyyət göstərən bütün supermarketlər endirim kampaniyaları elan edib.
“Bravo” supermarketlər şəbəkəsinin “Super qiymət” adlı Yeni il kampaniyası 21 dekabrdan 3 yanvaradək davam edəcək. Bayrama özəl 50%-dək endirimlər də mövcuddur. Kampaniya çərçivəsində içkilər, ət və süd məhsulları, meyvə-tərəvəz də daxil olmaqla, onlarla çeşiddə məhsul uyğun qiymətə alıcılara təqdim olunur.
“Araz” supermarketlər şəbəkəsinin “Araz Baba” adlı endirim kampaniyası dekabrın 21-dən etibarən müştərilərin istifadəsinə verilib. 3 yanvar tarixinə qədər davam edəcək kampaniyada seçilmiş məhsullara 60%-dək endirim var. Kampaniyaya qida məhsulları – içkilər, süd və ət məhsulları, meyvə-tərəvəz və s. daxil edilib.
“Neptun” supermarketlərində “Sədəf-Sədəf” endirim kampaniyası 31 dekabra kimi davam edəcək. Seçilmiş məhsullara 50%-dək endirim edilir.
“Oba” marketlər şəbəkəsində də “Parıldayan endirimlər” kampaniyası dekabrın 21-də başlayıb və 3 yanvara qədər davam edəcək. Endirimlər gündəlik tələbat məhsullarına, həmçinin bayram ərəfəsində istifadə olunan məhsullara aiddir.