Marketlərdə alıcılara ət və ət məhsulları necə təqdim olunur?

Pərakəndə sektorunda önəmli yerə malik olan
Veysəloğlu Şirkətlər Qrupunun əsas fəaliyyət istiqamətlərindən biri
də yalnız yerli cins heyvanların ətindən istifadə
etməklə
həyata keçirilən ət emalıdır. Şirkətlər Qrupuna
daxil olan “Araz” supermarketlər şəbəkəsində istehlakçılara
keyfiyyətli ət və ət məhsulları təqdim olunur.

Ətin çatdırılması

Hər gün Bərdə, Ağcabədi və Beyləqandan dana və quzular
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
rəsmi qeydiyyatından keçmiş mərkəzi kəsim məntəqələrinə gətirilir.
Həmin məntəqələrdə bütün gigiyena standartlarına əməl olunmaqla
kəsim aparılır, “soyuq zəncir” prinsipi ilə “Araz” supermarketlər
şəbəkəsinin mərkəzi anbarına çatdırılır. Bu mərhələ peşəkar
mütəxəssislər tərəfindən ciddi nəzarətdə saxlanılır.

Veysəloğlu Şirkətlər Qrupu soyuq şəraitdə saxlanılmalı olan
qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil
olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün daima
çalışır. Bu məqsədlə yeni təzə və dondurulmuş logistika mərkəzinin
bu il istifadəyə verilməsi nəzərdə tutulur. Müasir tipli
logistika mərkəzinin yaradılması üçün 25 milyon manat investisiya
yatırılıb.

Ətin qəbulu necə aparılır?

Qəbul zamanı dana əti cəmdəyinin çəkisinin 150-200 kq,
quzu əti cəmdəyinin çəkisinin isə 13-18 kq aralığında olmasına
xüsusi diqqət edilir.
Standartlara cavab verən məhsullar
dinlənmək üçün soyuducu anbarlara yığılır.

Ətin cəmdək hərarəti dinlənmədən sonra 2-6 C°-yə salınır, daha
sonra mağazaların təyinatına uyğun hissələrə ayrılan ətlər satış
üçün marketlərə göndərilir. Təzə ət emal olunaraq “Araz” və “Spar”
supermarketlər şəbəkəsinin mağazalarında satışa çıxarılır.
Ətin vitrinlərdə saxlanılma müddəti 1
sutkadır.

Əhalinin qida və ərzaq təhlükəsizliyi

Veysəloğlu Şirkətlər Qrupu alıcılara təqdim etdiyi ətin
keyfiyyətinə, yerli dana və quzular olmasına zəmanət verir.
Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar
Cümşüdovun sözlərinə görə, yeni logistika mərkəzində
dondurulmuş, təzə ət və ət məhsullarını ən yüksək keyfiyyətlə
saxlamaq mümkün olacaq.
Bu mərkəz uyğun qiymətə və çox
çeşidli məhsulları xalqımız üçün əlçatan edəcəkdir”.

Veysəloğlu Şirkətlər Qrupu cəmiyyəti təmiz, sağlam və
keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək

missiyasına sadiqdir və bundan sonra da əhaliyə təhlükəsiz və
etibarlı qida məhsullarını təqdim edəcək.

28 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu
Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat,
logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu
Şirkətlər Qrupu 19 minə yaxın əməkdaş sayı ilə Azərbaycanın ən iri
iş yeri imkanı yaradan qurumlarından biridir.

Teqlər: