Marketə getmək üçün evdən çıxan koronavirus xəstəsi həbs edilib (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevi marketə gedən zaman müəyyən ediblər.

Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Ramal Feyzullayev haqqında həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Teqlər: