Markesin çap olunmamış romanı üzə çıxdı

Markesin çap olunmamış romanı üzə çıxdı

Kolumbiyalı məşhur yazıçı Qabriel Qarsia Markesin varisləri 2024-cü ilin yazında onun “Avqust ayında görüşəcəyik” romanını nəşr etdirəcəklər.

AzerTimes xəbər verir ki, roman hər il avqustun 16-da kiçik bir şəhərdə anasının məzarını ziyarət edən və yaşadıqlarını onunla bölüşən 52 yaşlı qadın haqqında hekayələr toplusudur.

Qeyd edək ki, Markes səhhətindəki problemlərə görə 2004-cü ildə əsər üzərində işləməyi dayandırıb. Yazıçının ölümündən sonra roman təxminən on il Texas Universitetinin arxivində qalıb. Əsərdən bir parça 2014-cü ildə İspaniyanın “La Vanguardia” nəşri tərəfindən yayımlanıb.

Teqlər: