Meta korporasiyasının rəhbəri Mark Zukerberqin növbəti il postunu tərk edəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bu barədə “Meta”nın mətbuat katibi Endi Stoun deyib.
“Bu cəfəngiyyatdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İsveç mətbuat orqanları M.Zukerberqin 2023-cü ildə istefa verəcəyi barədə məlumat yaymışdı.