Mariupoldakı Türkiyə vətəndaşlarının təxliyəsi barədə Çavuşoğlu ilə Lavrov arasında telefon danışığı olub

Sergey Lavrov dünən gecə mənə vətəndaşlarımızın Mariupoldan
təxliyəsi barədə danışdı. Bu mövzuda şərait formalaşmağa başlayır,
şad xəbər gözləyirik.


Trend
-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri
Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, martın 10-da Antalyada keçirilən görüşdə Türkiyə
vətəndaşlarının təxliyəsi məsələsi də gündəmə gətirilib.

“Hər iki tərəfdən kömək istədik. Biz Ukraynanın ərazi
bütövlüyünü dəstəkləyirik. Dostlarımız bəzi şəhərlərdən
vətəndaşlarımızı təxliyə etmək üçün çalışırlar. Biz də bacardığımız
qədər başqa ölkələrin vətəndaşlarına kömək edirik. Sergey Lavrov
dünən gecə mənə vətəndaşlarımızın Mariupoldan təxliyəsi barədə
danışdı. Bu mövzuda şərait formalaşmağa başlayır, şad xəbər
gözləyirik. Bu gün səhər biz Ankarada Ukrayna danışıqlar qrupunun
üzvləri ilə görüşdük. Bu həftə çoxlu üz-üzə və telefon əlaqəmiz
olacaq”, – deyə M. Çavuşoğlu bildirib.