Mariupoldakı kimi deyil, döyüşlər küçədə gedir – Qayday

Mariupoldakı kimi deyil, döyüşlər küçədə gedir – Qayday

Hələlik Severodonetsk müdafiəçilərinin düşmən tərəfindən mühasirəyə alınması təhlükəsi yoxdur. Hazırda Luqansk vilayətinin ərazisinin 90%-dən çoxu Rusiyanın işğalı altındadır.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday deyib.

O qeyd edib ki, Severodonetskdə döyüşlər davam edir, Ukrayna qoşunları sənaye zonasının ərazisini öz nəzarəti altında saxlayır:

“Sənaye zonasına gəlincə, bizim müdafiəçilər orada ərazini saxlayırlar. Döyüşlər sənaye zonasında yox, şəhərdə gedir, şəhərin əksər hissəsi həqiqətən də rusların nəzarətindədir. Bu, Mariupolda, döyüşlərin birbaşa “Azovstal”ın ərazisində getdiyi kimi deyil. Bizim uşaqlar Severodonetsk küçələrində döyüşür”.

Teqlər: