Sentyabrın 5-də Mariupolda müqavimət qüvvələri güclənib.
AzerTimes xəbər verir ki, bu barədə şəhər merinin müşaviri Petr Andryuşşenko danışıb.
O qeyd edib ki, bu gün mütləq Mariupol müqaviməti günüdür: “Çox danışmamaq üçün sadəcə onu deyim ki, indi Mariupolda rus bombaları və minaları rus hərbçilərini öldürür”.
Bildirib ki, bu gün Rusiyanın işğalı altında olan şəhərdə Ukrayna müqavimətinin simvolu olan “Ї” hərfi şəklində işarələr görünməyə başlayıb:
“Hər kəsin Mariupolun inamla işğaldan azad edilməsinə doğru getdiyini gördüyü gündür”.