Mariupolda insanlar içməli su əldə etmək üçün ən azı iki gün növbəyə durmalı olurlar.
AzerTimes xəbər verir ki, bunu Mariupol merinin müşaviri Pyotr Andryuşenko Teleqram kanalında yazıb.
“İndi ən yaxşı halda iki gündən bir su verilir. Əsas səbəb təbii suqəbuledici mənbələrdə suyun səviyyəsinin aşağı düşməsidir”, – Andryuşenko bildirib.
Onun sözlərinə görə, ruslar həm də şəhər sakinlərini yemək üçün işləməyə məcbur edir, humanitar yardımlar isə yalnız təqaüdçülərə verilir:
“İki gündən bir içməli su verilir. Gigiyenik ehtiyaclar üçün isə texniki su verilmir. Amma biz mütəmadi olaraq qazonları sulayırıq ki, “həyat yaxşılaşıb” filmini çəkmək üçün nəsə olsun. Sözüm yoxdur”.