Rus ordusu tərəfindən işğal olunan Mariupol bu ilin sonu 2023-cü ilin əvvəlinə kimi azad olunacaq.
AzerTimes xəbər verir ki, bunu Mariupolun meri Vadim Boyçenko deyib.
Sonra ordumuz yəni dekabr-yanvar aylarında Mariupolu azad edəndə biz birbaşa şəhərə gedəcəyik və mütəxəssislərlə birlikdə dəymiş ziyanı qiymətləndirəcək, onu mərhələ-mərhələ bərpa edəcəyik. Biz elə planlaşdırmışdıq ki, 10 il ərzində şəhərin yarısını yenidən quracağıq, bunun dəyəri təxminən 14 milyard avro olacaq”, – Boyçenko bildirib.