Marinka itirildi: Kiyevdə siyasi mübarizə qızışacaq

Marinka itirildi: Kiyevdə siyasi mübarizə qızışacaq

Kiyevdə hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi fonunda Ukrayna Marinka şəhərini itirdi.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Juravlyov deyib.

Onun sözlərinə görə, indi məsələ bu məğlubiyyətə görə məsuliyyətin kimin üzərinə atılmasıdır: Zelenski Zalujnıya, yaxud Zalujnı Zelenskiyə?

“Zelenskinin Zalujnını ittiham etməsi asandır. Çünki Zelenski ordunun baş komandanıdır. Digər tərəfdən, Zelenski daha çox oturur və çoxlu səhvləri ilə təngə gətirib. İstənilən halda Marinkanın itirilməsi Kiyevdə hakimiyyət uğrunda mübarizə deməkdir. Bu mübarizə uzun müddətdir ki, davam edir, lakin indi daha da güclənəcək”, – Juravlyov əlavə edib.

Teqlər: