Bu gün Tokioda yay Olimpiya oyunları çərçivəsində qadınlar arasında idman gimnastikası üzrə seçmə yarışları keçirilir. Azərbaycan komandasını Marina Nekrasovanın təmsil edir.
Trend xəbər verir ki, Azərbaycan idmançısı gimnastika tiri üzərində çıxış təqdim edərək 12.266 bal toplayıb.
Daha əvvəl Marina Nekrasova müxtəlif hündürlüklü qollarda çıxış edib və 10.833 bal toplayıb.
Qadınlar arasında idman gimnastika yarışları 25 iyul – 3 avqust tarixlərində keçirilir.
Qeyd edək ki, Marina Nekrasovanın Olimpiadaya qazandığı lisenziya Azərbaycan qadın idman gimnastikası tarixində ilk olub.