Marina Nekrasova Tokio Olimpiadasında dayaqlı tullanma üzrə çıxış təqdim edib

Bu gün Tokioda yay Olimpiya oyunları çərçivəsində qadınlar arasında idman gimnastikası üzrə seçmə yarışları keçirilir. Azərbaycan komandasını Marina Nekrasovanın təmsil edir.

Trend xəbər verir ki, idmançı dayaqlı tullanma üzrə çıxışında 12,666 xal toplayıb.

Qetd edək ki, daha əvvəl Azərbaycan idmançısı xalça üzərində sərbəst hərəkətlərdə 12.000, gimnastika tiri üzərində 12.266 bal, müxtəlif hündürlüklü qollarda çıxışında isə 10.833 bal qazanıb.

Qadınlar arasında idman gimnastika yarışları 25 iyul – 3 avqust tarixlərində keçirilir.

Teqlər: